Modern.az

Məmur olmaq istəyənlərin müsahibəsi davam edir

Məmur olmaq istəyənlərin müsahibəsi davam edir

Aktual

4 Sentyabr 2019, 18:38

Ümumilikdə 5 dövlət orqanında 30 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 16-da elan olunmuş ümumi müsahibə davam edir.

DİM-dən Modern.az-a verilən məlumata görə, , sentyabrın 4-ü saat 17:55-dək olan göstəricilərə əsasən, müsahibədə 12 nəfər uğur qazanıb. Onlardan 3 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 3 nəfər İqtisadiyyat Nazirliyində, 3 nəfər Maliyyə Nazirliyində, 2 nəfər Sumqayıt Apelyasiya Məhkəməsində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr sentyabrın 9-da başa çatacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Maliyyə Nazirliyi (22 vəzifə) tərəfindən təqdim olunub.

Xatırladaq ki, ümumi müsahibədə iştirak üçün 57 nəfər müraciət edib.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...