Modern.az

“Eternity-2019” təlimləri davam edir

“Eternity-2019” təlimləri davam edir

Aktual

4 Sentyabr 2019, 19:05

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimləri davam edir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblır ki, təlimin ssenarisinə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin qiymətləndirilməsi, terror qruplarının ehtimal edilən təxribatlarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, həmçinin qərargahlarda müvafiq qərarların qəbul edilməsi üzrə fəaliyyətlər kompüterlərdə icra olunur.

 

Hər bir müdaxiləyə görə müttəfiq ölkələrin taborlarının qərargahlarının fəaliyyəti qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı