Modern.az

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib  

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib  

Aktual

4 Sentyabr 2019, 19:27

4 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101976S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

BFB-dən Modern.az-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 595 609 200.00 AZN olub.

 

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 AZN təşkil edib. Notların ödəmə tarixi 02.10.2019

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı