Modern.az

Gürcüstanda azərbaycanlı gənc itkin düşdü

Gürcüstanda azərbaycanlı gənc itkin düşdü

Aktual

4 Sentyabr 2019, 20:29

Gürcüstanın Qardabani rayon sakini 21 yaşlı Qasım Osmanov 14 gündür itkin düşüb.

Modern.az  xəbər verir ki, bu barədə “Report”a gəncin atası Canpolad Osmanov məlumat verib.

Onun sözlərinə görə, Q.Osmanov avqustun 21-də günorta saat 4-5 arası evdən çıxıb: “Oğlum heç kəsə xəbər vemədən səbəbsiz evdən gedib və geri dönməyib, mobil telefonunu da evdə qoyub”.

Ata bildirib ki, oğlunun xarici pasportu olmadığından onun xarici ölkəyə getməsi mümkün deyil: “Qasım pasportu ilə yalnız Türkiyəyə gedə bilər. Amma biz sərhəd-keçid məntəqlərindən maraqlanmışıq. O, Gürcüstanı tərk etməyib”.

C.Osmanov oğlunun sağlam və zərərli vərdişlərinin olmadığını deyib.

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı gəncin itkin düşməsi barədə məlumatlandırılıb. Gəncin axtarışları davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı