Modern.az

Yanan gəmidən 33 nəfərin meyiti çıxarıldı

Yanan gəmidən 33 nəfərin meyiti çıxarıldı

Aktual

4 Sentyabr 2019, 23:14

ABŞ-ın Kaliforniya ştatında xilasedicilər yanğın nəticəsində Santa-Kruz adası sahillərində batan "Conception" gəzinti gəmisindəki 33 nəfərin meyitini suyun üzünə çıxarıblar.

Modern.az xarici  mediaya istinadən xəbər verir ki, bir nəfərin cəsədi hələ tapılmayıb.

ABŞ Sahil Mühafizəsinin məlumatına görə, gəminin qəza şəraitinin araşdırılmasında Federal Təhqiqatlar Bürosu da iştirak edir.

Göyərtəsində dayvinq və dəniz balıqçılığı həvəskarlarının olduğu "Conception" gəmisi sentyabrın 2-də Santa-Kruzun şimal sahilindən 18 mil aralıda batıb.

Heyət üzvlərindən beş nəfər xilas ola bilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı