Bakıda yanğın bir ailəni evsiz qoyub.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xəzər rayonunda ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və evə bitişik 40 m² sahədə talvar yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.