Modern.az

Goranboyun başçısı ali məktəblərə yüksək balla qəbul olunanlarla görüşdü

Goranboyun başçısı ali məktəblərə yüksək balla qəbul olunanlarla görüşdü

Aktual

5 Sentyabr 2019, 15:43

 

5 sentyabr 2019-cu il tarixdə Goranboy rayon Mədəniyyət Evində ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla görüş keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Miili Məclisin deputatı cənab Ağalar Vəliyev və rayonun ümumtəhsil məktəblirinin yüksək bal toplamış məzunları, müəllimlər və valideynlər iştirak edirdilər.



Modern.az xəbər verir ki, ik olaraq Heydər Əliyevin rayon Mərkəzində ucaldılmış abidəsi önünə tər güllər qoyularaq Dahi Şəxsiyyətə ehtiram göstərildi. Daha sonra tədbir Mədəniyyət Evində davam etdirildi.



Tədbiri giriş sözü ilə açan icra başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən dövlət təhsil siyasəti, bu siyasətin cəmiyyət və təhsilin inkişafına qazandırdığı böyük nailiyyətləri barədə  geniş məruzə etdi. İcra başçısı qeyd etdi ki, 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərində 846 nəfər məzundan 836 nəfəri adi, 10 nəfəri isə fərqlənmə attestatı almış, ümumilikdə 514 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 327 nəfəri qəbul olmuşdur. Bunlardan 10 nəfər 600-700 intervalında, 47 nəfər isə 500-600 intervalında bal  toplamışdır. 10 nəfər məzun xüsusi təyinatlı ali məktəblərə qəbul olub. 



Daha sonra İcra başçısı və deputat tərəfindən məzun və müəllimlərə fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları verildi. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı