Modern.az

Rusiyanın “Rostex” şirkətinin direktoru İtaliyada saxlanılıb

Rusiyanın “Rostex” şirkətinin direktoru İtaliyada saxlanılıb

Aktual

5 Sentyabr 2019, 19:11

Rusiyanın “Rostex” dövlət şirkətinin biznesin inkişafı üzrə direktoru Aleksandr Korşunov İtaliyanın Neapol şəhərində hava limanında saxlanılıb. 

 

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, ABŞ-ın sorğusu əsasında tutulub.

Bildirilib ki, ABŞ onu Mühərrikqayırma Birliyinin marketinq və satış üzrə direktoru işləyərkən iqtisadi casusluqla məşğul olmaqda şübhəli bilib. A.Korşunov bu vəzifədə 2009-2017-ci illərə işləyib.

Rusiya prezidenti Vladimir Putin onun saxlanılmasını “məsuliyyətsiz rəqabət” adlandırıb. İtaliyada onun ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmənin ilk iclası keçiriləcək.

 

A.Korşunov 57 yaşındadır. Moskva Energetika İnstitutunu, keçmiş SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Ali İqtisadiyyat Məktəbini bitirib. Ölkəsinin İstanbulda vitse-konsulu, Rusiyanın BMT-dəki daimi nümayəndələyində birinci katib vəzifələrində işləyib.

“Rostexnlogiya” dövlət şirkəti 2014-cü il iyulun 23-də yaradılıb. Müəssisə mülki və hərbi təyinatlı sənaye məhsulu istehsal edir. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı