Modern.az

Qaxda itkin düşmüş 82 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb

Qaxda itkin düşmüş 82 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb

Aktual

5 Sentyabr 2019, 19:43

Qaxda dörd gün əvvəl evdən çıxıb geri qayıtmayan 82 yaşlı kişi meşədə asılı vəziyyətdə tapılıb. 

 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Qax rayonu Ləkit kənd sakini, 1937-ci il təvəllüdlü Aslan Nuru oğlu Ağamalıyevin meyiti yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında meşəlik ərazidə ağacdan asılı vəziyyətdə tapılıb. 

 

Qeyd edək ki, A. Ağamalıyev sentyabr ayının 1-i səhər saatlarında evdən fındıq yığmaq adı ilə evdən çıxıb və bir də geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...