Modern.az

Azərbaycanda DƏHŞƏT: Qardaşı arvadını boğdu...

Azərbaycanda DƏHŞƏT: Qardaşı arvadını boğdu...

Aktual

6 Sentyabr 2019, 11:37

Ağsu rayonunda qətl hadisəsi törədilib.

Modern.az APA-ya istinadən xəbər verir ki,hadisə bu gün səhər saat 10 radələrində rayonun Qiyaslı kəndində qeydə alınıb.

Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Qadın bir il öncə ailəyə gəlin gəlib və hazırda iki aylıq körpə övladı var. Qadının həyat yoldaşı hərbçidir və hadisə zamanı o, evdə olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı