Modern.az

Hacıqabulda beşotaqlı ev yanıb  

Hacıqabulda beşotaqlı ev yanıb  

Aktual

6 Sentyabr 2019, 17:44

Hacıqabul rayonunda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildiriblər ki, hadisə ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 2 otağı əşyaları ilə birlikdə 80 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!