Modern.az

Latviyanın Azərbaycandakı səfirliyi 1 həftə bağlı olacaq

Latviyanın Azərbaycandakı səfirliyi 1 həftə bağlı olacaq

Aktual

6 Sentyabr 2019, 19:50

Latviyanın Azərbaycandakı səfirliyi fəaliyyət göstərdiyi ünvandan başqa yerə köçməsilə əlaqədar olaraq, sentyabrın 9-dan 15-dək bağlı olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

 

Bildirilib ki, sentyabrın 16-dan etibarən səfirlik paytaxtın Nizami küçəsi 69 ünvanında yerləşən İSR Plazanın 11-ci mərtəbəsində işini davam etdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...