Modern.az

Hacıqabulda 5 otaqlı ev yandı

Hacıqabulda 5 otaqlı ev yandı

Aktual

6 Sentyabr 2019, 20:59

Hacıqabul rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 2 otağı əşyaları ilə birlikdə 80 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı