Modern.az

Azərbaycan  millisi Slovakiyaya qalib gəldi

Azərbaycan  millisi Slovakiyaya qalib gəldi

Aktual

6 Sentyabr 2019, 22:39

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində  Slovakiya  millisi ilə qarşılaşıb.

Modern.az  xəbər verir ki, “Dalğa Arena”da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Azərbaycan millisinin hər iki qolunu Barış Ekincier vurub. O, 7-ci və 90+3-cü dəqiqədə fərqlənib. Qonaq komandadan isə yeganə topun müəllifi 82-ci dəqiqədə Lyubomir Tupta olub.

Bu, Azərbaycan yığmasının 2-ci qrupda ikinci, Slovakiyanın isə ilk matçı olub. Milan Obradoviçin baş məşqçi olduğu komanda daha əvvəl səfərdə Lixtenşteynə uduzub - 0:1. Bu gün qələbə qazanmaqla, milli komanda qrupda ilk dəfə 3 xala sevinib.

Növbəti oyun sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...