Modern.az

“Qanlı yer adlarımız” silsiləsindən... – II YAZI

“Qanlı yer adlarımız” silsiləsindən... – II YAZI

Aktual

26 Sentyabr 2019, 14:03

 Zəngəzur bolgəsində, Mehri nahiyəsində... “Qanlı dərə”

   
 Zəngəzur dağlıq silsiləsinin (ən hündür zirvəsi Qapıcıq, 3904 m) şərq  ətəklərindəki Şıxyurd və Bartaz dağları əhatəsində yerləşən Mehri nahiyəsinin Lök, Oba, Əlidərəsi (Aldərə), Nüvədi... kəndlərinin hüdudları Araz çayının sol sahil düzənlərini, eləcə də  dağlıq hissələri də əhatə edir.

 
Zəngəzur qəzasının bu ərazisinin geniş əkin sahələri ilə yanaşı yüksək dağlığın alp və subalp çəmənlikləri, qayalı-bulaqlı yay otlaqları da barlı-bərəkətli və xalqımızın maddi-tarixi irs məskənləridir. 1918-1920-ci illərdə (ondan əvvəl 1905-1915-ci illərdə) hay kilsə və hay daşnak quldurlarının kökənli müsəlman-türk əhalisinə qarşı törətdikləri amansız soyqırım-qətliam faciələrinin qanlı izlərini özündə yaşadan doğma yer adlarımız (toponimlərimiz) bu yerlərdə də az   deyil. Belə ki, kiçik  Aldərə çayı sahilində yerləşən    eyni adlı kəndinin faciəvi tarixi keçmişini yaşadan “Qanlı dərə” (buraya  el  arasında  həm də “Cəhənnəm dərəsi” deyilib) meşəliyində hay-daşnak quldurları yüzlərcə dinc sakini qətlə yetirmiş-güllələmişlər. Bu yer Əlidərəsi (Aldərə) kəndindən 20-25 km şimal-qərb istiqamətində yüksək dağlıq hissədə  “Əlidərəsi yaylağı”ndadır.

  
Kəndin günçıxanında, 1 km aralı  olan sahədə - “Ağalar düzü” deyilən yerdə azğınlaşmış hay silahlıları 1918-ci ilin yazında yüzə yaxın dinc sakini bir yerə yığaraq xüsusi amansızlıqla qətlə yetirmişlər. Onların içərisində kənd sakini Məşədi Baxış Süleyman oğlunun (1865-1915) 7 övladı (5 qızı: Mədinə, Fatimə, Qızxanım, Əzəm, Zəhra və 2 oğlu: Süleyman, İmaməli) və həyat yoldaşı da olmuşdur.

 
Həmin qanlı faciələrin şahidi olmuş Məşədi Orucqulu Oruc oğlunun (1896-1979) xatırlamasına görə  nahiyənin Lök kəndinin 5-6 km-də yerləşən Ərvana çayı üstündəki kiçik şəlalə yaxınlığında hay quldurları 50-60 nəfər yaşlını, qadın və uşaqları... böyürtikan-qaratikan kollarının üstünə yığıb güllələmiş, sonra isə yandırmışlar.

  
Bu barədə məlumat verən Əlidərəsi kənd sakinlərindən  Məşədi Həsən Məmmədxan oğlu (1891-1971), Kərbəlayi Allahyar Ağayar oğlu (1828-1943)onu da bildiriblər ki, hay kilsəsi həmin kəndlərdə soyqırım törətdikdən sonra (1920-ci ildən etibarən) Ərvana, Tas, Əbgəs və başqa kəndlərin yaxınlığında (orta və yüksək dağlıq hissələrdə) əsaslı surətdə kilsə tikintisi aparmışlar.

 
 (Yazının hazırlanmasında Qərbi Azərbaycanın Mehri rayonu, Əlidərəsi kənd sakini Nazilə İmaməli qızının (1929) məlumatından istifadə edilib.)

  
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı