Ukraynanın paytaxtı Kiyevdə mağazalarda bir sıra ərzaq məhsullarının qıtlığı yaranıb və bəzi məhsulların satışına məhdudiyyətlər tətbiq edilib.
Modern.az xəbər verir ki, bu barədə “Kiyev-24” məlumat yayıb.
Məlumata görə, mağazalarda çörək, kartof, alma, yulaf, bəzi toyuq məhsulları və dondurulmuş yarımfabrikatlar çatışmır. Ən ciddi vəziyyətin günəbaxan yağı ilə bağlı olduğu bildirilir. Belə ki, bəzi mağazalarda günəbaxan yağının qıtlığı yaşanır.
Qeyd olunur ki, bu, avqust ayında Kiyevdə ərzaq çatışmazlığı ilə bağlı yaranan ilk problem deyil.