Modern.az

Hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Aktual

30 Avqust 2026, 15:17

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib.

Bu barədə Modern.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?