Modern.az

Deputatdan Zelenskiyə gözlənilməz məsləhət

Deputatdan Zelenskiyə gözlənilməz məsləhət

Dünya

Bu gün, 03:25

Ukrayna Prezidenti Volodimir Zelenskinin ruslarla ukraynalılar arasındakı qohumluq dərəcəsi barədə fikir yürütməyə haqqı yoxdur.

Modern.az xəbər verir ki, bu sözləri RİA Novosti-yə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet bildirib. O, həmçinin Ukrayna liderinə gözlənilməz məsləhət verib.

“Yaxşı olardı ki, Zelenski həbsxana jarqonunu öyrənsin. Çünki Ukrayna xalqına nə qədər bəla və bədbəxtlik gətirdiyini, insanların taleyini necə məhv etdiyini və Rusiyaya qarşı nə qədər hərbi cinayət törətdiyini nəzərə alsaq, bu biliklər ona yaxın gələcəkdə lazım ola bilər”, – Şeremet deyib.

Parlamentari qeyd edib ki, Zelenskinin hakimiyyəti dövründə əhalinin sayı dəfələrlə azaldığı üçün o, “Ukrayna xalqının cəlladına” çevrilib.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...