Modern.az

Muzeydən kraliçanın 4 milyonluq boyunbağısı  OĞURLANDI

Muzeydən kraliçanın 4 milyonluq boyunbağısı  OĞURLANDI

Aktual

30 Avqust 2026, 00:13

Vyanada Misirin kral ailəsinə məxsus qiymətli boyunbağı muzeydən oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İki kişi Vyanadakı Tətbiqi Sənət Muzeyindən dəyəri 4 milyon dollardan çox ola biləcək boyunbağı oğurlayıb.

Polisin məlumatına görə, şübhəlilər bilet alaraq sərgiyə daxil olub, boyunbağının nümayiş etdirildiyi şüşə vitrinin qarşısına yaxınlaşıblar. Daha sonra vitrini sındıraraq zinət əşyasını götürüb hadisə yerindən qaçıblar. Soyğunçulardan birinin üzərində odlu silah olduğu ehtimal edilir.

Çəkisi 200 karatdan çox olan 600-dən artıq brilyantla bəzədilmiş boyunbağı Misirin keçmiş kral ailəsi üçün hazırlanıb. Zinət əşyası muzeydə keçirilən “Van Cleef & Arpels” zərgərlik şirkətinin sərgisinin bir hissəsi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...