Modern.az

Ruhani sabah Ermənistana gedir

Ruhani sabah Ermənistana gedir

Aktual

29 Sentyabr 2019, 14:39

Sabah İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, H.Ruhani  İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

 

Səfər çərçivəsində H.Ruhani Ermənistan rəsmiləri ilə də iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüşlər keçirəcək. İran Prezidentinin səfəri oktyabrın 1-də axşam başa çatacaq.

 

Qeyd edək ki, 30 sentyabr - 1 oktyabr tarixlərində Ermənistanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı