Modern.az

Həsən Ruhani Ermənistanda

Həsən Ruhani Ermənistanda

Aktual

30 Sentyabr 2019, 23:18

İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib.

Modern.az  xəbər verir. İran liderini İrəvandakı “Zvartnots” hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

H.Ruhani 1 oktyabrda İrəvanda keçiriləcək Ali Avroasiya İqtisadi Şurasının genişləndirilmiş toplantısında iştirak etmək üçün Azərbaycan torpaqlarını işğalda saxlayan ölkəyə gəlib.

Qeyd edək ki, artıq Belorus prezidenti Aleksandr Lukaşenko da Ermənistandadır. Sabah isə Rusiya prezidentinin bu ölkəyə səfəri gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı