Modern.az

Həbsdə olan dayısına telefon keçirmək istədi, tutuldu

Həbsdə olan dayısına telefon keçirmək istədi, tutuldu

Aktual

3 Oktyabr 2019, 19:13

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Fikrət İsmayılov ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Goranboy rayon sakini Bilal Sadıqovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı sovqatda olan gödəkcənin cibində gizlədilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatı, üç danışıq kartı, elektrik qidalandırıcısı və qulaqcıq aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı