Modern.az

Rusiya ilə Ukrayna əsir mübadiləsinə razılaşdılar

Rusiya ilə Ukrayna əsir mübadiləsinə razılaşdılar

Dünya

Bu gün, 15:50

Rusiya və Ukrayna arasında genişmiqyaslı hərbi əsir mübadiləsinin keçirilməsi barədə prinsipial razılıq əldə olunub. Mübadilənin konkret şərtləri və parametrləri yaxın vaxtlarda açıqlanacaq.

Modern.az xəbər verir ki, bunu Rusiyanın nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Əbu-Dabidə üçtərəfli danışıqlar başa çatdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Biz yeni genişmiqyaslı əsir mübadiləsi ilə bağlı prinsipial razılığa gəlmişik. Mübadilənin konkret parametrləri yaxın vaxtlarda açıqlanacaq”, – deyə Medinski qeyd edib.

Xatırladaq ki, üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib. Danışıqların əsas məqsədlərindən biri yeni kontinental təhlükəsizlik sisteminin formalaşdırılması ilə bağlı məsələlərin müzakirəsi olub. Ukrayna münaqişəsinin nizamlanması isə genişmiqyaslı müzakirələrin istiqamətlərindən biri kimi təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan növbəti HƏYASIZLIQ - Bakıya qarşı təxribat!