Pakistanın Hayber-Paxtunxva əyalətində polis əməkdaşlarına silahlı hücum nəticəsində 10 polis həlak olub.
Modern.az xəbər verir ki, bu barədə təhlükəsizlik rəsmisi Faisal Khan məlumat verib.
Onun sözlərinə görə, hadisə Əfqanıstanla sərhəddə yerləşən Hayber-Paxtunxva əyalətinin Kohat rayonunda baş verib. Silahlı şəxslərin polis əməkdaşlarını daşıyan avtomobillərə hücumundan sonra təhlükəsizlik qüvvələri ilə hücumçular arasında atışma olub.
Faisal Khan bildirib ki, ölənlər arasında iki yüksək rütbəli polis zabiti də var.
Rəsmi qeyd edib ki, hücum edən şəxslərə qarşı əməliyyata başlanılıb. Hadisəyə görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib.