"Türkdilli ölkələr son 10 il ərzində münasibətləri möhkəmləndirib və möhkəmləndirməkdə davam edir".
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Qeyd olunur ki, oktyabrın 3-ü Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında sazişin imzalandığı gün “Türkdilli dövlətlər” günü kimi qeyd olunur:
“Birgə mədəniyyət və tarix sayəsində güclənən dost və qardaş türkdilli dövlətlər regionda sülh və çiçəklənməyə töhfə verməyə davam edir”.