Bu gün Avropa Liqasının qrup mərhələsində ikinci oyununa çıxan “Qarabağ”ın start heyəti açıqlanb.
Modern.az xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə Luksemburqun “Düdelanj” komandası ilə qarşılaşacaq.
I turda İspaniyanın “Sevilya” komandasına 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ilk qələbəsini Lüksemburqda qazanmağa çalışacaq. “Josi Bartel” stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb.
Düdelanj: 1. Conatan Juber, 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antone Bernye, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren, 98. Loran Mendi
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov