Modern.az

Vilayət Eyvazovdan yeni rəis təyinatı

Vilayət Eyvazovdan yeni rəis təyinatı

Aktual

3 Oktyabr 2019, 22:30

Bərdə Rayon Polis Şöbəsində yeni bölmə rəisi təyin edilib.

Modern.az  Report-a istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə Rauf Heydərov təyin edilib.

R.Heydərov bu vəzifəyə qədər Lənkəran rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyib.

Qeyd edək ki, bundan əvvəl Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Bayram Mirzəyev olub. B.Mirzəyev Xətai Rayon Polis İdarəsinə təyinat alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı