Modern.az

“Qarabağ”ın oyununda daha bir İNSİDENT + FOTO

“Qarabağ”ın oyununda daha bir İNSİDENT + FOTO

Aktual

4 Oktyabr 2019, 10:23

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda daha bir insident baş verib.

Modern.az-ın məlumatına görə, "Lessentiel" portalı xəbər verir ki, oyunun keçirildiyi “Jozi Bartel” stadionunun dayanacağında bir neçə avtomobilin şüşələri sındırılaraq qarət olunub. Oğurluq dayanacağın üçüncü mərtəbəsində, matç yarımçıq dayandırılan zaman baş verib.

Hadisə yerinə gələn polis əməkdaşları qarət olunan avtomobillərdən barmaq izləri götürüblər. Həmçinin zərərçəkənlərə bildirilib ki, nəzarət kameralarının qeydə aldığı görüntülərə baxılacaq.(report)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı