Modern.az

Ermənilər “Qarabağ” azarkeşlərinə hücum edib

Ermənilər “Qarabağ” azarkeşlərinə hücum edib

Aktual

4 Oktyabr 2019, 12:54

Avropa Liqasının qrup mərhələsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda (1:4) təxribat törədən ermənilər matçdan sonra azərbaycanlı azarkeşlərə hücum ediblər.

Modern.az bildirir ki, bu barədə Qol.az-a "Qarabağ" azarkeşlərindən biri məlumat verib. O, hücum edən ermənilərin məhz separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını dronla stadiona gətirənlər olduğunu deyib:


"Oyundan sonra bir qrup erməni əllərində dəmir parçası ilə bizə hücum etdi. Polis çağırdıq, lakin heç bir tədbir görmədilər. Təəssüf ki, işə baxacaqlarını dedilər. Həmin ermənilər dronu özlərinin stdiona daxil etdiklərini dedilər. Təsadüfən onların şəkillərini başqa bir səhifədən tapdıq. Sabah bu barədə polisə eləvə məlumat verəcəyik".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı