Modern.az

Araz Əlizadə əməliyyat olunub

Araz Əlizadə əməliyyat olunub

Aktual

19 Dekabr 2019, 11:04

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, beşinci çağırış Milli Məclisin deputatı Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb.

 

Modern.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, o, yerləşdirildiyi özəl klinikada əməliyyata götürülüb.

 

Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.

 

"Hazırda onun səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Ciddi problem yoxdur. Əməliyyat uğurlu keçdi", - klinikadan bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!