Modern.az

Balakəndə silahlı İNSİDENT - 5 nəfər yaralandı - RƏSMİ

Balakəndə silahlı İNSİDENT - 5 nəfər yaralandı - RƏSMİ

Aktual

19 Dekabr 2019, 11:57

Balakən rayonunun Yeni Şərif kəndində silahlı insident baş verib. Səhiyyə Nazirliyindən (SN) Modern.az-a verilən məlumata görə, silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib:

“Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicəsi cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir”.

Rəsmi məlumata görə, 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı