Modern.az

Bakı-Sumqayıt yolunda qəza olub, yaralılar var

Bakı-Sumqayıt yolunda qəza olub, yaralılar var

Aktual

19 Dekabr 2019, 14:57

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, qəza baş verməsi barədə məlumat təcili tibbi yardıma saat 13:47-də daxil olub:

 

“Hadisə yerinə təcili yardım briqadaları yollanıb. Qəza nəticəsində xəsarət alan 3 qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər”.

 

Rəsmi məlumata görə, bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı