Modern.az

“Türkdilli ölkələrdə ortaq mədəniyyət nümunələri mövcuddur” - Sevinc Hüseynova

“Türkdilli ölkələrdə ortaq mədəniyyət nümunələri mövcuddur” - Sevinc Hüseynova

Aktual

19 Dekabr 2019, 16:27

“TÜRKPA-ya üzv ölkələrin qanunvericiliyi kişi və qadınların qanun qarşısında bərabərliyinə zəmanət verir. Bu ölkələrin qanunvericiliyi gender bərabərliyi və qlobal baxımdan, olduqca mütərəqqi və inkişaf etmiş görünür. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə BMT-in Dayanıqlı İnkişaf Məqsədlərində göstərilən hədəflərə çatmaq üçün milli qanunların və strateji proqramların tam sənəd paketini nümayiş etdirirlər”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Türk PA-nın Bakıda keçirilən 9-cu plenar iclasında beşinci çağırış Milli Məclisin deputatı Sevinc Hüseynova çıxışı zamanı bildirib. 

 

S.Hüseynova qeyd edib ki, hər bir ölkənin gender siyasətinin özünəməxsus mədəni xüsusiyyətləri var. Yəni bu sahədə heç bir universal model yoxdur:

 

“Lakin, türkdilli ölkələrdə ailə və gender balansında ortaq mədəniyyət nümunələri mövcuddur. Məhz bu ölkələrdə müasir ailə dəyərlərinin ortaq mədəniyyət modeli  üçün uyğun prinsipləri var. Bunları nəzərə alaraq ailələrimizin türk kimliyi gender bərabərliyi ilə bağlı mütərəqqi qanunvericiliyin yaradılması məqsədəuyğundur”.

 

S.Hüseynova onu da bildirib ki, bu məqsədə nail olmaq üçün qadın parlament üzvlərindən ibarət Qadın Platformasının yaradılmasının vacib idi:

 

“Artıq TÜRKPA Qadın Parlamentarilər Qrupu və Gənc parlamentarilər qrupunun yaradılmasının şahidi olduq. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu qrupların yaradılmasının əsas təşəbbüskarı olmuşdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı