Modern.az

İlham Əliyev nazirliyin səlahiyyətlərini artırdı  

İlham Əliyev nazirliyin səlahiyyətlərini artırdı  

Aktual

19 Dekabr 2019, 17:49

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələri artırılıb.

 

Modern.az-ın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməsində dəyişiklik edilib.

 

Fərmana əsasən, nazirliyin vəzifələri sırasına “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud bu qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsullarının ekspertizasını nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti vasitəsilə təşkil etmək daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!