Modern.az

ABŞ-da qocalar evində atışma: ölən və yaralanan var

ABŞ-da qocalar evində atışma: ölən və yaralanan var

Aktual

19 Dekabr 2019, 23:41

ABŞ-da qocalar evində atışma olub.



Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "The New York Times" qəzeti bildirib.

Qeyd edilir ki, hadisə Rod-Aylend ştatında, Uesterli şəhərindəki qocalar evində baş verib. Atışma zamanı 1 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb.

Şəhər polisinin məlumatına görə, atəş hadisə qocalar üçün nəzərdə tutulmuş üçmərtəbəli yaşayış kompleksinin ərazisində açılıb. Rod Aylenda Polis İdarəsinin rəisi, polkovnik Ceyms Menni bildirib ki, hadisəni törədən şəxs qaçaraq gizlənib. Onun axtarışları hələ nəticə verməyib.


Hadisə ilə bağlı Uesterlidəki bütün məktəblər bağlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı