Modern.az

Onkoloji xəstə intihar etdi

Onkoloji xəstə intihar etdi

Aktual

2 Yanvar 2020, 12:19

Sumqayıt şəhərində intihara cəhd edən məcburi köçkün xəstəxanada dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onkoloji xəstə və yeni əməliyyat olunan 51 yaşlı kişi ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı