Bəzi xəbər saytlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində yoxlamaların başlandığı barədə məlumat yayılıb.
BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, yayılan məlumatlar əsassızdır:
“Bunlar fərdi təxəyyüldən yaranan qənaətlərdir. Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur”.
Mətbuatda yayılan məlumatlarda yoxlamalar zamanı Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi iddia olunub.