Modern.az

Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandı

Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandı

Aktual

9 Yanvar 2020, 09:10

Səbail rayonun Badamdar qəsəbəsində sürüşmə hadisəsi qeydə alınıb.

 

Bu barədə Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda hadisə yerindədir:

 

“Bu gün səhər saatlarında təxminən 70-80 metr enində olan kütlə asvalt örtüyü istiqamətində öz vəziyyətini dəyişib və 20-ci sahəyə gedən yolu tamamilə qapayıb. Kütlə restoran və iaşə obyektinin yanında dayanıb. Hazırda proses davam edir, gərginlik qalır”.

 

Ə.Qaralov bildirib ki, yol tamamilə bağlanıb, nəqliyyat vasitələrinin gediş-gəlişi mümkünsüzdür:

 

“Bir il əvvəl baş verən sürüşmə yenidən aktivləşib. Hələlik ilkin baxış keçiririk. Daha sonra ətraflı məlumat veriləcək”.

 

Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı