Modern.az

Bakıda 600-ə yaxın avtobusda gediş haqqı nağdsız aparılır

Bakıda 600-ə yaxın avtobusda gediş haqqı nağdsız aparılır

Aktual

9 Yanvar 2020, 11:20

“Artıq 27 müntəzəm marşrut xətti üzrə gedişhaqqının ödənişi BakıKartla aparılır”.

 

Bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

 

O qeyd edib ki, müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız formada BakıKartla ödənişinə keçid qarşımızda qoyulan əsas tapşırıqlardandır:

 

“Vətəndaşlarımıza keyfiyyətli və təhlükəsizlik sərnişindaşıma xidmətinin göstərilməsi baxımından bu olduqca vacibdir. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə çox mühüm tədbirlər görülüb. Bu çərçivədə biz hazırda istismarda olan avtobuslarda müəyyən texniki işləri vardı ki, onları yerinə yetirib başa çatdırdıq. İşin ən çətin tərəflərindən biri məhz bu mərhələydi. Çünki avtobuslar gündəlik xətlərdə olur və işlər elə aparıldı ki, gündəlik sərnişindaşımada hər hansı bir axsama olmadı. 1500-ə yaxın avtobusda kabelləşmə işləri tam olaraq yekunlaşıb. Dekabrın 25-dən başlayaraq kabelləşməsi bitən xətlər bir-bir BakıKarta inteqrasiya olunur. Hər bir xəttin inteqrasiyasından əvvəl isə təbii məlumatlandırma aparılır ki, sərnişinlərimiz buna hazır olsunlar. Lakin dediyim kimi bu rəqəm qarşıdakı günlərdə dəyişəcək”.

 

Avtobus sayına gəldikdə, M.Ağayev deyib ki, artıq istismarda olan avtobusların 600-ə yaxınında gediş haqqı məhz nağdsız qaydada aparılır:

 

“Sərnişindaşımada göstərilən xidmətin səviyyəsinin artırılması məqsədi ilə eyni zamanda müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması da davam etdirilir. Ötən il dekabrın əvvəlində 5 müntəzəm marşrut xətti üzrə müsabiqə elan olundu. Qarşıdakı günlərdə digər xətlərlə bağlı da müsabiqə elan olunacaq. Bunun özü də nəqliyyat sahəsində aparılan tərkib hissəsidir. Əsas hədəfi sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırılmasına nail olmaqdır və bu işlər tam hədəfə nail olunanadək davam edtiriləcək. Sərnişindaşıma qaydalarına əməl etməyən, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyən daşıyıcılar müvafiq qaydada sərnişindaşımalardan kənarlaşdırılacaqdır. Avtobusların alınması işi də davam olaraq aparılır. Bu məsələ bildiyiniz kimi daim dövlətin diqqətində olan məsələdir. Təlabata uyğun olaraq yeni avtobusların alınması həyata keçiriləcək”.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...