Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında gərginlik qalmaqdadır.
Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ə.Qaralov qeyd edib ki, gərginlik qaldığından hələlik ərazidə hansısa işlərin görülməsi mümkün deyil:
“Xüsusilə havaların yağıntılı keçməsi də buna imkan vermir. Bu səbəbdən bir müddət gərginliyin səngiməsini gözləməli olacağıq”.