“Səhhətim normaldır və işimin başındayam”.
Bunu Modern.az-a açıqlamasında səhhətində yaranmış problem səbəbilə məzuniyyətə çıxan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.
O, qeyd edib ki, narahatlıq üçün əsas yoxdur:
“İnsanıqsa, hamımızın səhhətində problem yarana bilər. Şükür ki, hər şey qaydasındadır”.
Qeyd edək ki, bir neçə gün əvvəl A.Maqsudovun kritik vəziyyətdə Almaniyaya aprıldığı barədə informasiya yayılmışdı. Baş toksikoloq Modern.az-a bunu təkzib edərək, sadəcə qan təzyqinin yüksəlməsi səbəbindən qısamüddətli müalicə aldığını bildirmişdi.