Modern.az

Deputat niyə işsiz kimi göstərilib?

Deputat niyə işsiz kimi göstərilib?

Aktual

13 Yanvar 2020, 11:58

Qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 121 saylı Laçın seçki dairəsindən irəli sürülmüş Mahir Abbaszadənin işsiz kimi qeydə alındığı ilə bağlı xəbərlər yayılmışdı.

  

Modern.az məsələni dəqiqləşdirmək üçün araşdırma aparıb. Məlum olub ki, Dairə Seçki Komissiyasının yol verdiyi texniki xətaya görə Mahir Abbaszadənin iş yeri göstərilməyib.  

 

Artıq bu yanlışlıq aradan qaldırılıb. Mərkəzi Seçki Komissiyasının saytında deputatlığa namizəd Mahir Abbaszadənin vəzifəsi Milli Məclisin deputatı kimi göstərilib.

 

Əfsanə ŞƏRİF

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə