Modern.az

Heydər Əliyev prospektində sürət həddi aşağı salınır - Qərar

Heydər Əliyev prospektində sürət həddi aşağı salınır - Qərar

Aktual

13 Yanvar 2020, 14:21

Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin /(/BNA) mətbuat katibi Mais Ağayev bildirib.

 

M.Ağayev qeyd eib ki, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək:

 

“Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. 17 yanvar 2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq”.

 

BNA rəsmisi sürücülərdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!