Modern.az

Azay Quliyevin seçicilərlə daha bir möhtəşəm görüşü - FOTOLAR

Azay Quliyevin seçicilərlə daha bir möhtəşəm görüşü - FOTOLAR

Aktual

29 Yanvar 2020, 22:53

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün 7-ci mikrorayonda bir sıra ünvanlarda seçicilərilə növbəti görüşünü keçirib.

 

Azay Quliyevin Seçki Qərargahından  Modern.az-a verilən məlumata görə, öncə Abay Kunanbayev 3-də seçicilərin müraciəti əsasında abadlaşdırılan məhəllənin sakinləri və ziyalıları ilə görülən işlər barədə danışılıb. Azay Quliyev ötən 4 il ərzində seçiciləri ilə müntəzəm şəkildə görüşdüyünü və onların hər bir müraciətini diqqətdə saxladığını bildirib.

Azay Quliyev deputat-seçici kommunikasiyasını daha da inkişaf etdirərək 2020-ci ildə ilk dəfə olaraq Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadə etdiyi elektron kabinet (e-kabinet) yaratdığını deyib. O, bildirib ki, e-kabinet seçici müraciətlərinin daha operativ və səmərəli həllinə xidmət edir.

Görüşdən sonra Azay Quliyev Abay Kunanbayev küçəsi 3, 3A, 5A, 5B , 5V, 5/13, 7A, 7B və 10 ünvanlarında yerləşən binaların həyətlərini gəzərək sakinlərlə söhbət edib. A.Quliyev seçiciləri narahat edən problemlərin həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə