Modern.az

Sumqayıtda evdən qadın meyiti aşkarlanıb

Sumqayıtda evdən qadın meyiti aşkarlanıb

Aktual

12 Mart 2020, 21:01

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Lyuba Qayıbovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?