Modern.az

Azərbaycan koronavirusa görə həkimlər üçün qoruyucu vasitələr alacaq

Azərbaycan koronavirusa görə həkimlər üçün qoruyucu vasitələr alacaq

Aktual

13 Mart 2020, 09:52

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xəstələri müalicə edən səhiyyə işçiləri və laboratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları alacaq.

 

Modern.az-ın məlumatına görə, bu, ÜST-ün martın 9-dan 13-dək Azərbaycanda səfərdə olan missiyasının hesabatında qeyd edilib.

 

ÜST ekspertləri bildiriblər ki, Azərbaycan ÜST-ün laboratoriya müayinəsi testlərini alan 17 ölkədən biridir.

 

Azərbaycana ilk test partiyası fevral ayında gətirilib. İkinci partiya isə hazırda göndərilməkdədir.

 

Ölkə həmçinin ÜST-dən sərhəd bölgəsində COVID-19 şübhəsi olan və ya təsdiq edilən xəstələri müalicə edən səhiyyə işçiləri və labaratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları da qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...