Prezident İlham Əliyev Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə sərəncam imzalayıb.
Modern.az məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
| Sıra №-si | Ərazi vahidləri |
|
| Abşeron rayonu |
| 1. | Qobu qəsəbəsində yeni massiv |
|
| Xızı rayonu |
| 1. | Qızılqazma kəndində yeni massiv |
| 2. | Yarımca kəndində yeni massiv |
|
| Siyəzən rayonu |
| 1. | Qalaaltı kəndi |
| 2. | Məşrif kəndi |
|
| Şabran rayonu |
| 1. | Ceyranlı kəndi |
| 2. | Əmirxanlı kəndi |
| 3. | Qazbabalı kəndi |
| 4. | Vələsli kəndi |