Modern.az

Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyəsinə başlanılır

Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyəsinə başlanılır

Aktual

18 Mart 2020, 16:52

Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanında həyata keçirilməsi planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

 

Qeyd edilir ki, bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin [email protected] ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?