Modern.az

Futbol üzrə İngiltərə çempionatı ABŞ-da keçirilə bilər

Futbol üzrə İngiltərə çempionatı ABŞ-da keçirilə bilər

Aktual

18 Mart 2020, 17:16

Futbol üzrə İngiltərə Premyer Liqasının təxirə salınmış matçları azarkeşsiz və neytral meydanda keçirilə bilər.

 

Modern.az-ın İngiltərə mətbuatına istinadla verdiyi məlumata görə, Premyer Liqa rəhbərliyi qarşıdakı 92 matçın ABŞ-ın Midlend şəhərində oynanılmasını müzakirə edir.

 

Bildirilib ki, gün ərzində bir neçə oyunun keçirilməsi mümkündür. Bu, Premyer Liqanın mövsümü başa çatdıra bilməməsi riski ilə əlaqədardır.

 

Xatırladaq ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?