Modern.az

Maliyyə Nazirliyi onlayn iş rejiminə keçdi

Maliyyə Nazirliyi onlayn iş rejiminə keçdi

Aktual

18 Mart 2020, 18:50

Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində Maliyyə Nazirliyi sistemində işçilərin iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalanıb.

 

Bu barədə Modern.az nazirliyə istinadən xəbər verir.

 

Əmrə əsasən, Nazirliyin Aparatı, struktur bölmələri və yerli maliyyə orqanlarında vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər iş yerinə gəlmədən saat 09:00-dan 18:00-dək evdən distant işləmə rejiminə keçirilib. Evdən işləmə rejiminə keçən işçilərlə iş vaxtı ərzində telefonlarla və internetlə onlayn rejimdə daim əlaqə saxlanılacaq.

 

Bundan başqa, iclas və görüşlərin əsasən audio və video konfrans formatında keçirilməsinə başlanılıb.

 

Vətəndaşların müraciətlərinin qəbulunun elektron ([email protected]) və telefon rabitəsi (012 404 46 99, daxili-195) vasitəsilə, habelə Nazirliyin ünvanına kağız daşıyıcıları göndərməklə həyata keçirilməsi, eyni zamanda Nazirliyin qaynar xəttinin (012 4044725) fəaliyyətinin gücləndirilməsi və vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?